Mayamidə nə danışıldı? – Zelenski detalları açıqladı
Dünya
Ukrayna nümayəndə heyəti gecə saatlarında ABŞ-dən geri qayıdacaq və Mayamidə keçirilən görüş barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruz ediləcək.
News24.az xəbər verir ki, bu barədə Zelenski özü açıqlama yayıb.
O bildirib ki, sülh planının ilkin variantı üzrə bütün mümkün işlər görülüb və sənəd 20 maddədən ibarətdir.
“Bəlkə də hər şey ideal deyil, amma plan mövcuddur. Təhlükəsizlik zəmanətləri ilə bağlı görülən işlər bu gün kifayət qədər layiqli görünür”, – deyə Zelenski bildirib.