Rusiya-ABŞ görüşünə hazırlıq: Dmitriyev artıq Mayamidədir
Dünya
Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ tərəfi ilə danışıqlar üçün artıq Mayamiyə gedib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ tərəfindən danışıqlarda Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, bir neçə saat sonra Mayamidə ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ukraynada müharibəni dayandırmaq məqsədi ilə növbəti danışıqlar keçiriləcək.