“Müctəba Xamenei şikəst vəziyyətə düşüb”

“Müctəba Xamenei şikəst vəziyyətə düşüb” Dünya

İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb.

News24.az xəbər verir ki, bu iddia ilə ABŞ-nin müdafiə naziri Pit Heqset brifinq zamanı çıxış edib.

“Biz bilirik ki, İranın yeni, o qədər də ali olmayan lideri yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb”, - Peqset deyib.

Müctəba Xameneinin ötən gün yayımlanan bəyanatına toxunan amerikalı rəsmi onun videogörüntüsünün və ya səs yazısının olmamasını diqqətə çatdırıb: “Düşünürəm ki, siz bunların olmamasının səbəbini bilirsiniz”.

Müdafiə naziri Müctəba Xameneinin qorxduğunu, qaçaq vəziyyətdə olduğunu və heç bir legitimliyinin olmadığını iddia edib. (qafqazinfo)