“Medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”

“Medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik” Dünya
“Çox xoşbəxtik. Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”.

Bunları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli altel Cansu Bektaş deyib.

“Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun. Sizi çox sevirik, hər zaman yanınızdayıq”, - Avropa çempionatının qızıl medalçısı deyib.

Qeyd edək ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.

İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib.