Media ilə Pentaqon arasında savaş – səbəb nədir?

Media ilə Pentaqon arasında savaş – səbəb nədir? Dünya

ABŞ-nin nüfuzlu nəşri “The New York Times” Pentaqonu jurnalistlərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmaqda və bununla da Konstitusiyanı pozmaqda ittiham edərək məhkəməyə verib.

News24.az xəbər verir ki, qəzet bununla bağlı Vaşinqtondakı Ali Məhkəməyə müraciət edib.

NYT bildirir ki, Pentaqonun tətbiq etdiyi yeni qaydalar Konstitusiya ilə qorunan mətbuat azadlığını pozur. Belə ki, oktyabr ayından etibarən reportyorlar ordunun fəaliyyətini işıqlandırmaq üçün 21 səhifəlik bir sənədi imzalamağa məcburdur. Bu sənəddə mənbələrlə əlaqəyə, izahat tələblərinə və jurnalistlərin fəaliyyətinə yeni məhdudiyyətlər qoyulur. NYT-nin sözlərinə görə, indiki tələblər əvvəlki bütün qaydalardan daha sərtdir.

Qəzetin iddiasında bildirilir ki, yeni siyasətin məqsədi Pentaqonun uzun illərdir mətbuata açıq olan qapılarını bağlamaq və nazirliyin fəaliyyətini müstəqil şəkildə işıqlandıran media orqanlarını uzaqlaşdırmaqdır. “The New York Times” həmçinin qeyd edir ki, bu qaydalar müdafiə naziri Pit Heqsetin aylardır davam etdirdiyi kampaniyanın bir hissəsidir və jurnalistlərin Pentaqona çıxışını məhdudlaşdırmağı hədəfləyir.

Pentaqon iddialarla razılaşmır. Nazirlik oktyabr ayında açıqlama yayaraq bildirib ki, “hərbi obyektlərə giriş bir imtiyazdır və lazımi şəkildə tənzimlənməlidir”. Yeni qaydaların məqsədi operativ və milli təhlükəsizliyə təhdid yaradan məlumat sızmalarının qarşısını almaqdır.

“New York Times” məhkəmədən yeni qaydaların dərhal dayandırılmasını və onların konstitusiyaya zidd elan edilməsini tələb edir.