Medvedev: “Rusiya aktivlərinə toxunsalar, müharibə səbəbi sayılacaq”

Medvedev: “Rusiya aktivlərinə toxunsalar, müharibə səbəbi sayılacaq” Dünya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqının dondurulmuş Rusiya aktivləri ilə bağlı mümkün qərarlarına kəskin reaksiya verib.

News24.az -ın məlumatına görə, Medvedev bildirib ki, əgər Brüssel bu aktivlərə həbs qoymağa və ya onları Ukraynanın maliyyələşdirilməsi üçün istifadə etməyə cəhd edərsə, Moskva bunu “müharibə aktı” kimi qəbul edəcək.

“Əgər "çılğın Avropa Birliyi" Belçikada dondurulmuş Rusiya aktivlərini kompensasiya kreditləri adı altında mənimsəməyə çalışsa, bunu müharibə səbəbi hesab edəcəyik. Bunun bütün üzv dövlətlər və Brüssel üçün nəticələri çox ağır olacaq”, – Medvedev vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyası Ukrayna ordusunu və ölkənin əsas dövlət xidmətlərini maliyyələşdirmək üçün 90 milyard avro həcmində vəsait təmin etmək məqsədilə dondurulmuş Rusiya aktivlərindən və zərurət yaranarsa beynəlxalq borclardan istifadə imkanını nəzərdən keçirdiyini açıqlayıb.