"Məhbusun gündəliyi" – Sarkozinin yeni kitabı satışa çıxır
Dünya
Dekabrın 10-da Nikola Sarkozinin “Məhbusun gündəliyi” adlı kitabı satışa çıxacaq. Keçmiş fransız lider öz xatirələrində həbsxanada keçirdiyi üç həftədən danışır.
News24.az xəbər verir ki, bu barədə “Eruonews” məlumat yayıb.
“Fayard” nəşriyyatı bildirib ki, “Məhbusun gündəliyi” adlı xatirələr 216 səhifədir. Sarkozi kitabın çıxışını “X” hesabında elan edib.
Xatırladaq ki, Sarkozi 2007–2012-ci illərdə Fransa prezidenti olub. O, həbs cəzasına məhkum olunan ilk keçmiş Avropa İttifaqı üzvü və II Dünya müharibəsindən sonra Fransa lideri olub.
21 oktyabrda Paris məhkəməsi onu 2007-ci il seçki kampaniyası üçün vəsait toplama məqsədilə cinayətkar mütəşəkkil qrup yaratmaq ittihamı ilə 5 il müddətinə həbs cəzasına məhkum edib. Sarkozi özünü təqsirli bilmir və hökmə apellyasiya verib; apellyasiyanın baxışı gələn ilin baharına gözlənilir.
Noyabrın 10-da Paris Apellyasiya Məhkəməsi Sarkozinin vəkillərinin həbsdən azad olunaraq məhkəmə nəzarəti altına verilməsi barədə ərizəsini təmin edib.