Məhkəmə Şonovun həbsini - UZATDI

Məhkəmə Şonovun həbsini - UZATDI Dünya

Xüsusi əməliyyatın gedişi ilə bağlı məlumat toplamaqda təqsirli bilinən ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunun keçmiş əməkdaşı Robert Şonovun həbs müddəti noyabrın 23-dək uzadılıb. 

News24.az xəbər verir ki, bu barədə Moskvanın Lefortovo Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Moskvanın Lefortovski Rayon Məhkəməsinin qərarı ilə Şonovun həbsinin üç ay müddətinə, yəni noyabrın 23-dək uzadılması barədə istintaqın vəsatəti təmin edilib.

FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin bəyanatına görə, Şonov dindirmə zamanı etiraf edib ki, Rusiyadakı yüksək səviyyəli hadisələrlə bağlı məlumat toplayıb. O, həmçinin ABŞ-a sadiq Rusiya vətəndaşları ilə də daima əlaqə qurub.

Aynurə