Məhkəmədən qaçan azərbaycanlı saxlanıldı - FOTO

Məhkəmədən qaçan azərbaycanlı saxlanıldı - FOTO Dünya
Ukraynanın Kiyev Vilayət Polisi məhkəmədən qaçan, axtarışda olan azərbaycanlını saxlayıb.

Bu barədə Kiyev Vilayət Polisindən bildirilib.

Qeyd edilir ki, 1973-cü il təvəllüdlü Məmmədov Əfrəs Qüddəsər oğlu bu gün saxlanılıb.

O, mayın 28-də İrpen şəhərində məhkəmə iclasından qaçmışdı. Ə.Məmmədov cinayət məcəlləsinin bir neçə maddəsi üzrə təqsirləndirilir. /Report/


Məhkəmədən qaçan azərbaycanlı saxlanıldı - FOTO