Məktəb müdiri hər kəsin içində şagirdi yerə çırpdı - Video
Dünya
Türkiyənin Bursa şəhərində orta məktəblərdən birində xoşagəlməz hadisə baş verib.
News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məktəbin direktoru məktəb həyətində sırada dayanan şagirdi yanına çağıraraq yaxasından tutub və yerə çırpıb.
Hadisə ilə bağlı şagirdin ailəsinin şikayəti əsasında araşdırma başlanılıb.