Məktəb tualetlərində kameralar quraşdırılır - Bu ölkədə

Məktəb tualetlərində kameralar quraşdırılır - Bu ölkədə Dünya

Parisdəki məktəblərdə cinsi zorakılıq hallarının artması səbəbindən müşahidə kameralarının quraşdırılması planlaşdırılır.

News24.az xəbər verir ki, kameraların xüsusilə tualetlərdə də yerləşdirilməsi imkanı nəzərdən keçirilir.

Video nəzarət sisteminin ümumilikdə 620 təhsil müəssisəsində quraşdırılması nəzərdə tutulur.

Lakin bu təşəbbüs tənqidçilər tərəfindən şübhə ilə qarşılanıb.

Paris şəhərində fəaliyyət göstərən bəzi ictimai təşkilatlar hesab edir ki, şəhər rəhbərliyi hətta məlumat kitabçaları üçün belə vəsait tapmaqda çətinlik çəkdiyi halda bu qədər genişmiqyaslı kamera sisteminin tətbiqini həyata keçirə bilməyəcək. / Le Parisien