Məktəblilər bu meyvəni yeyib özlərini təhlükəyə atırlar - Bu ölkədə
Dünya
Rusiyalı məktəblilər arasında Asiyadan gətirilən təhlükəli qoza maraq artıb.
News24.az “Baza”ya istinadən xəbər verir ki, betel qozu (binlan) insan psixologiyasına təsir göstərir, həmçinin asılılıq və ağız xərçəngi yarada bilir. Bu məhsul sərxoşedici effekti sayəsində yeniyetmələr arasında marağa səbəb olub. Məktəblilər Asiyadan gətirilən bu qozu onlayn mağazalardan və hind mağazalarından min rubla əldə edirlər. Qeyd edək ki, binlan sinir sisteminə mənfi təsir göstərir. Tərkibindəki psixoaktiv arekolin maddəsi neyrostimulyator kimi hərarət və şüur bulanıqlığı yaradır. Asiyanın bəzi ölkələrində məsələn, Tayvandda və Çində hökumət artıq ağız xərçəngi hallarının artması səbəbindən bu qozun reklamını və satışını məhdudlaşdırıb.