Mərhum sənətçi "Adile Naşit"in heykəli - oğurlandı

Mərhum sənətçi "Adile Naşit"in heykəli - oğurlandı Dünya
Bolu Bələdiyyə Başçısı Tanju Özcan sosial mediada mərhum sənətçi "Adile Naşit" heykəlinin oğurlandığını bildirib.

News24.az xəbər verir ki, Tanju Özcan heykəlin bələdiyyə tərəfindən oğurlandığını və AK Partiyadan şübhələndiyini bildirib.

Özcanın paylaşımından sonra oğurlandığı iddia edilən heykəlin üzərindəki nimçənin oynayan uşaqlar tərəfindən dağıdıldığı ortaya çıxıb.

Məlum olub ki, nimçənin qırıldığını görən biznesmen bələdiyyəyə zəng edib və onlar heykəlin qırıq hissəsini təmir etmək üçün Park və Bağçalar Müdirliyinə aparıb.

Aynurə