Merkel koronavirusa görə üçüncü testi verdi

Merkel koronavirusa görə üçüncü testi verdi Dünya
Almaniya kansleri Angela Merkel koronavirusa görə üçüncü dəfə test verib. 

News24.az-ın xarici mediaya istinadən məlumatına görə, bu dəfə də testlərin nəticələri neqativ çıxıb. 
"Kansler özünü rahat hiss edə bilər. Üçüncü test də koronavirusu təsdiqləmədi", - deyə Almaniya hökumətinin rəsmi nümayəndəsi bildirib. 

Qeyd edək ki, Angela Merkel martın 22-dən ev karantinindədir. O, koronaviusa yoluxmuş həkim tərəfindən peyvənd olunduğu üçün izolyasiya edilmişdi.