Məşhur aktrisa vəfat etdi - Foto

Məşhur aktrisa vəfat etdi - Foto Dünya

Britaniyalı aktrisa Polin Kollinz 85 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.

Bildirilib ki, aktrisa bir neçə il Parkinson xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, Kollinz 1940-cı ildə Eksmutda anadan olub. O, təhsilini Londondakı Mərkəzi Səhnə Nitqi və Dram Sənəti Məktəbində alıb.

O, “Diktor Kim” serialında çəkilib.

Kollinz “Şirli Valentayn” filmindəki rolu ilə məşhurlaşıb və bu rola görə “Oskar”, “Qızıl Qlobus” və BAFTA mükafatlarına namizəd göstərilib.

Məşhur aktrisa vəfat etdi - Foto