Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Dünya
“Married with Children” serialında canlandırdığı obrazla tanınan Kristina Appleyt xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, məlumata görə, aktrisa mart ayının sonunda ABŞ-nin Los Angeles şəhərində xəstəxanaya aparılıb.
Onun hansı səbəbdən müalicə aldığı barədə rəsmi məlumat açıqlanmayıb.
Xatırladaq ki, 2021-ci ildə aktrisaya dağınıq skleroz diaqnozu qoyulub. Bu xəstəlik mərkəzi sinir sisteminə təsir edən xroniki və mürəkkəb nevroloji xəstəlikdir. Appleyt daha əvvəl açıqlamalarında gündəlik həyatının həm çətin, həm də nisbətən yaxşı günlərdən ibarət olduğunu bildirmişdi.