Məşhur aktrisadan şok qərar: Özünü öldürmək üçün killer tutdu
Dünya
Məşhur aktrisa Ancelina Coli gənclik illərində ağır depressiya ilə üzləşdiyini və bu səbəbdən intihar barədə düşüncələrinin yarandığını açıqlayıb.
News24.az xəbər verir ki, aktrisa həmin dövrdə bununla bağlı qeyri-adi qərar vermək istəyib. O, həyatına son qoymaq üçün ödəniş müqabilində peşəkar bir şəxslə əlaqə saxlamağı planlaşdırıb.
Lakin əlaqə saxladığı şəxs aktrisanı bu fikrindən çəkindirməyə çalışıb.
Bildirilir ki, həmin şəxs uzun müddət onunla söhbət edərək qərarını dəyişməyə çalışsa da, aktrisa əvvəlcə mövqeyində israr edib.
Sonda tərəflər məsələni iki ay müddətinə təxirə salmaq barədə razılığa gəliblər. Şərtə görə, əgər bu müddət ərzində A.Coli fikrini dəyişməsəydi, sifariş yerinə yetiriləcəkdi.
Məlumata görə, bu hadisə aktrisanın həyatında dönüş nöqtəsinə çevrilib. Zaman keçdikcə o, depressiyanı dəf etməyi bacarıb və sonradan uğurlu aktrisa və ictimai xadim kimi tanınıb. /Her