Məşhur aktrisanın ölümü 8 ay sonra ELAN EDİLDİ
Dünya
1953-cü ildə çəkilmiş “Dünyaların müharibəsi” adlı elmi fantastik filmdə Silviya Van Buren rolunu canlandıran Enn Robinson 26 sentyabr 2025-ci ildə vəfat edib.
News24.az xəbər verir ki, onun ölümü ictimaiyyətə 8 ay sonra açıqlanıb.
Aktrisanın 96 yaşında vəfat etdiyi bildirilsə də, xəbər yalnız 2026-cı ildə yayılıb. Bu gecikmə kino dünyasında geniş müzakirələrə səbəb olub.
Enn Robinson kino tarixində yadplanetlilərin hücumu mövzusunda çəkilmiş ən məşhur filmlərdən birində rol alıb və həmin ekran işi elmi fantastika janrının klassik nümunəsi kimi tanınır.
O, filmdə baş rolu Cin Barri ilə bölüşüb.