Məşhur aktyor 56 milyonluq evini satır
Dünya
Müğənni Alla Puqaçovanın parodiyaları ilə tanınan rusiyalı aktyor Aleksandr Peskov maliyyə problemləri üzündən Moskvadakı mənzilini satmaq qərarına gəlib.
News24.az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Sözügedən lük mənzil "Barrikadnaya "metro stansiyasının yaxınlığındakı binanın 12-ci mərtəbəsində yerləşir. İkiotaqlı mənzilin sahəsi 55 kvadratmetrdir. Aktyor ilk dəfə əmlakı 2025-ci ilin aprel ayının əvvəlində 56,6 milyon rubla (1,4 milyon manat) satışa çıxarıb. O vaxtdan bəri mənzil bir neçə dəfə bazardan çıxarılıb və sonra təxminən eyni qiymətə yenidən satışa qoyulub.