Məşhur aktyor faciəvi şəkildə öldü

Məşhur aktyor faciəvi şəkildə öldü Dünya

Türkiyəli məşhur aktyor Engin Çağlar vəfat edib.

News24.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, ötən gün Şişlidə yolu keçmək istəyən 85 yaşlı aktyoru motosiklet vurub.

Xəstəxanaya çatdırılan Engin Çağların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Çağlar çox sayda filmdə rol alıb.