Məşhur akyorun qızı canına qəsd etdi

Məşhur akyorun qızı canına qəsd etdi Dünya

Məşhur amerikalı aktyor, “Kolombo” serialı ilə dünya şöhrəti qazanan Piter Falkın övladlığa götürdüyü qızı Jaklin Falk həyatına son qoyub.

News24.az xəbər verir ki, 60 yaşlı Jaklin Falk aprelin 27-də Los-Ancelesdəki evində intihar edib.

Qeyd edək ki, Piter Falk 1960-cı ildə Elis Mayo ilə qurduğu ilk evliliyi zamanı Ketrin və Jaklin adlı iki qız uşağını övladlığa götürmüşdü. Aktyor daha sonra “Kolombo” serialında tərəf müqabili olan Şira Denis ilə ikinci dəfə ailə həyatı qurmuşdu.

Xatırladaq ki, uzun müddət Alzheymer xəstəliyindən əziyyət çəkən Piter Falk 2011-ci ildə 83 yaşında Los-Ancelesdə vəfat edib. (TMZ)