Məşhur bloger canlı yayım zamanı özünü yandırdı - Meyiti tapıldı
Dünya
Məşhur “Stick Run” oyunun yaradıcısı, almaniyalı bloqer və videooyun tərtibatçısı Manuel Otto 30 yaşında vəfat edib.
News24.az xəbər verir ki, hadisə “Twitch” platformasında canlı yayım zamanı baş verib.
Məlumata görə, Almaniyanın cənub-şərqində yerləşən Bavariya bölgəsindəki evlərdən birində yanğın olub. Qonşulardan biri yanğını görərək onu söndürməyə çalışıb. Daha sonra hadisə yerində Ottonun meyiti aşkarlanıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, tərtibatçının canlı yayım zamanı özünü yandıraraq intihar etdiyi ehtimal olunur.
Hadisənin rəsmi səbəbləri və təfərrüatları hələlik dəqiqləşdirilməyib.
“Twitch” nümayəndəsi bildirib ki, hadisənin görüntülərinin daha geniş yayılmasının qarşısını almaq üçün Ottonun kanalı və hadisə ilə bağlı video qeydlər dərhal silinib.
Blogerin ölümü ilə bağlı araşdırma davam edir.