Məşhur muzeyi belə yardılar... - Milyon dollarlıq əsərlər oğurlandı

Məşhur muzeyi belə yardılar... - Milyon dollarlıq əsərlər oğurlandı Dünya

İtaliyada dörd maskalı şəxs muzeyə girərək məşhur fransız rəssamlarının əsərlərini oğurlayıb.

News24.az xəbər verir ki, hadisə martın 22-də Parma yaxınlığında yerləşən "Magnani Rocca" Fondu Muzeyində baş verib. Oğrular Pyer-Ogüst Renoir, Pol Sezan və Anri Matissə məxsus üç əsəri ələ keçiriblər.

Ümumi dəyəri təxminən, 9 milyon avro olan rəsmlərin incəsənət tarixçisi Luici Maqnaninin kolleksiyasına aid olduğu bildirilib.

Məlumata görə, soyğun muzeyin yerləşdiyi Villa dei Capolavorində baş verib və cəmi üç dəqiqədən az çəkib. Oğrular əsas giriş qapısını sındıraraq “Fransız otağı”na daxil olub, rəsmləri götürərək bağçadakı hasardan aşmaqla qaçıblar.

Oğurlanan əsərlər arasında Renoirin “Balıq” (“Les Poissons”), Sezanın “Albalı və şaftalı ilə natürmort” adlı nadir akvarel işi və Matissin “Terrasdakı Odaliske” əsəri yer alır.

Məşhur muzeyi belə yardılar... - Milyon dollarlıq əsərlər oğurlandı