Məşhur reper güllələndi
Dünya
"Offset" ləqəbi ilə tanınan Amerikalı reper Kiari Sifus Kaliforniyada baş verən atışma zamanı yaralanıb.
News24.az xəbər verir ki, güllə yarası alan reper xəstəxanaya çatdırılıb.
Offsetin nümayəndəsi bildirib ki, sənətçinin vəziyyəti yaxşıdır, lakin o, hələlik həkim nəzarəti altında tibb müəssisəsində qalacaq.
Polis əməkdaşları bir nəfərin həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini təsdiqləyiblər.
Həmçinin, iki şübhəli şəxsin saxlanıldığı bildirilib. /Metro UK