Məşhur reper həbs oluna bilər
Dünya
Rep dünyasının tanınmış simalarından biri, “Blok3” səhnə adı ilə tanınan Hakan Aydın və prodüseri Maruf Yöntürk ciddi ittihamlarla üz-üzə qalıb.
News24.az xəbər verir ki, prokurorluq hər iki şəxs üçün 12 il 4 aydan 25 ilə qədər həbs cəzası tələb edib. İttiham aktında silahın qanunsuz saxlanılması, silahlı soyğunçuluğa cəhd, hədə-qorxu, əmlaka ziyan vurma və qəsdən xəsarət yetirmə kimi ağır maddələr var.
İstintaq çərçivəsində prokurorluq Maruf Yöntürkün həbsdə saxlanılaraq mühakimə olunmasını, Hakan Aydına qarşı isə xəsarət yetirmə ittihamı üzrə işin ayrıca icraata verilməsini istəyib.
Hadisə musiqi meneceri Ferhat Karagözün şikayəti əsasında başlanıb və böyük rezonans doğurub. Karagöz ifadəsində bildirib ki, Yöntürkün dəvəti ilə İstanbulun Kağıthane rayonundakı ünvana gedib və burada mübahisə qısa müddətdə zorakılığa çevrilib. Onun sözlərinə görə, Yöntürk ona yumruq və bilyard çubuğu ilə hücum edib, həmçinin silahla hədələyərək 850 min TL tələb edib.
Şikayətə əsasən, hadisə zamanı sonradan əraziyə gələn Hakan Aydın da mübahisəyə qoşularaq Karagözə fiziki zor tətbiq edib.