Məşhur şirkət 1000 işçini işdən qovdu
Dünya
Amerikanın media şirkəti “Paramount Skydance” oktyabrın 29-da min işçini ixtisar edəcək.
News24.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” mənbələrinə istinadən yayıb.
Bildirilir ki, ilk ixtisarlardan sonra ikinci mərhələ də planlaşdırılır, lakin onun dəqiq vaxtı hələ açıqlanmayıb. Ümumilikdə təxminən 2 min nəfərin işdən çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl “Paramount Global” şirkəti “Skydance” holdinqi ilə birləşdiyini elan edib. Birləşmədən sonra şirkət xərclərin azaldılması və struktur dəyişikliyi (restrukturizasiya) qərarı verib.
Bundan əvvəl “Paramount” dünya üzrə işçilərinin 3,5 faizini ixtisar etmişdi.
İxtisarlar, ənənəvi televiziyadan uzaqlaşan və internet yayımı platformalarına üstünlük verən tamaşaçı tendensiyası fonunda həyata keçirilir.