Məşhur şirkət 16 min işçini ixtisar edir

Məşhur şirkət 16 min işçini ixtisar edir Dünya

ABŞ-nin elektron ticarət nəhəngi "Amazon" korporativ strukturunu optimallaşdırmaq məqsədilə dünya miqyasında təxminən 16 min işçini işdən çıxarmaq qərarına gəlib.

News24.az xəbər verir ki, şirkətin insan təcrübəsi və texnologiyaları üzrə baş vitse-prezidenti Bet Qalettinin əməkdaşlara ünvanladığı məktubda bu qərarın 2025-ci ilin oktyabrından başlayan təşkilatı dəyişikliklərin davamı olduğu bildirilib.

İxtisarların əsas məqsədi idarəetmə səviyyələrini azaltmaq, fərdi məsuliyyəti artırmaq və qərar qəbuletməni ləngidən bürokratik maneələri aradan qaldırmaqdır.