Meymunçiçəyi can almağa davam edir
Dünya
Cənubi Pakistanın Sind əyalətində meymunçiçəyi xəstəliyindən doqquz nəfər həyatını itirib.
News24.az xəbər verir ki, bu il təsdiqlənmiş yoluxma halları isə 25-ə çatıb.
Əyalətin səhiyyə departamentinin məlumatına görə, ümumilikdə virus şübhəsi ilə 122 hal qeydə alınıb. Bu da xəstəliyin bölgədə yayılmaqda davam etdiyini göstərir.
Ən çox yoluxma halı Xayrpur rayonunda qeydə alınıb. Burada 18 nəfərə meymunçiçəyi diaqnozu qoyulub.
Hakimiyyət orqanları vəziyyəti diqqətlə izləyir. Əhalini ehtiyat tədbirlərinə əməl etməyə, ilk simptomlar müşahidə olunan kimi dərhal həkimə müraciət etməyə çağırıb. /Xinhua