Müharibə ehtimalı? – Vaşinqtondan İranla bağlı təhlükəli siqnal
Dünya
ABŞ İrana qarşı preventiv hərbi əməliyyatın həyata keçirilməsini istisna etmir.
News24.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran nüvə sazişindən imtina edəcəyi təqdirdə ölkəni iyun ayında həyata keçirilmiş “Gecə çəkici” (“Midnight Hammer”) əməliyyatından qat-qat ağır bir hücum gözləyir.
Marko Rubio qeyd edib ki, hazırda ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarında təxminən 40 min amerikalı hərbçi yerləşdirilib.