Məşhur əczaçılıq şirkəti “GSK” 1000-dən çox işçisini ixtisar edir

Məşhur əczaçılıq şirkəti “GSK”  1000-dən çox işçisini ixtisar edir Dünya

Britaniyanın əczaçılıq şirkəti GSK Belçikada 1217 işçisini ixtisar etməyi planlaşdırır.

News24.az xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, restrukturizasiya planı şirkətin Riksensart, Vavr və Gemblo şəhərlərindəki fəaliyyətini əhatə edir.

Plan çərçivəsində tədqiqat və inkişaf, istehsal və dəstək bölmələrində iş proseslərinin rəqəmsal alətlər və avtomatlaşdırma vasitəsilə sadələşdirilməsi nəzərdə tutulur.

İxtisarların 482 ofis işçisini və digər bölmələrdə çalışan 735 nəfəri əhatə edəcəyi bildirilir. İstehsalat işçiləri isə ixtisarlardan kənarda saxlanılacaq.