Milanda gərginlik: etiraz aksiyası nəzarətdən çıxdı

Milanda gərginlik: etiraz aksiyası nəzarətdən çıxdı Dünya

Milanda Qış Olimpiya Oyunlarına qarşı etiraz aksiyaları baş tutub.

News24.az xəbər verir ki, “AFP” agentliyinin məlumatına görə, minlərlə insan bir gün əvvəl rəsmi olaraq açılan Qış Olimpiya Oyunlarına etiraz əlaməti olaraq Milan küçələri ilə yürüş edib.

Aksiya iştirakçılarının bir qismi pirotexniki vasitələrdən istifadə edib və polis ilə toqquşmalar yaşanıb. Hüquq-mühafizə orqanları kütləni dağıtmaq üçün su şırnaqlarını işə salıb.

Agentlik xatırladır ki, ötən həftəsonu Turində baş verən qarşıdurmalar zamanı 100-dən çox polis əməkdaşı xəsarət alıb. Bu səbəbdən Milan polisi aksiyalar ərəfəsində gücləndirilmiş rejimə keçirilib.

Daha əvvəl etirazçılar Milanda müxtəlif plakatlar qaldıraraq Olimpiya Oyunları ilə bağlı bir sıra problemləri gündəmə gətiriblər. Tənqidlər süni qarın istifadəsi, ağacların kəsilməsi və Olimpiadaya ev sahibliyi edən Milanda yaşanan mənzil böhranına qədər uzanıb.