Milyarderin evi yanır – VİDEO

Milyarderin evi yanır – VİDEO Dünya

Rusiyanın Sankt-Peterburq şəhərində, Nevski prospektində yerləşən binada yanğın baş verib.

News24.az xəbər verir ki, yanğının miqyasının çox güclü olduğu bildirilir.

Eyni zamanda “Teleqram”ın qurucusu Pavel Durovun anası Albina Durovanın da həmin binada yaşadığı qeyd olunur.

Məlumata görə, yanğın binanın çardağında, Durovanın mənzilinin isə düz üstündə başlayıb.

Nevski prospekti bağlanıb və binadan 18 nəfər təxliyə edilib. Yanğın bir neçə yüz kvadrat metr ərazini əhatə edir. (Globalinfo.az)