Milyarderin toyu qalmaqala çevrildi - Gəlin kişilərdən pul tələb edib
Dünya
Milyarder Stiven Klubek və model Adva Lavinin planlaşdırılan toyu böyük qalmaqala çevrilib.
News24.az xəbər verir ki, bazar ertəsi günü Lavi Los-Anceles məhkəməsində çıxış edərək varlı kişilərdən pul tələb etmək ittihamı üzrə günahsız olduğunu bildirib.
Hakim Dieqo Edber ona elektron nəzarət qaydalarını izah edib. Lavinin icazəsiz ştatı tərk etməsi qadağandır və onun pasportu əlindən alınıb.
Məhkəmə iclasından sonra Adva Lavi iyunun 18-nə planlaşdırılan toy üçün Qüdsə gedib-getməyəcəyi ilə bağlı suallara cavab verməkdən imtina edib. “Sadəcə bu kabusun bitməsini səbirsizliklə gözləyirəm”, — deyə o, qısa açıqlama verib.
İttihama əsasən, 2023–2025-ci illərdə Lavi tanışlıq tətbiqlərindən istifadə edərək Los-Anceles dairəsi, o cümlədən Beverli-Hillz və Vest Hollivud ərazilərində varlı kişilər və gənc qadınlarla münasibətlər qurub. Ona qarşı altı cinayət maddəsi irəli sürülüb.
Hakim vurğulayıb ki, Lavi Kaliforniyanı tərk etmək istəsə, bunu əvvəlcədən hakimiyyət orqanlarına bildirməlidir.
Növbəti məhkəmə iclası mayın 18-nə təyin olunub. /The New York Post