Minlərlə aviareys ləğv edildi - SƏBƏB

Minlərlə aviareys ləğv edildi - SƏBƏB Dünya

ABŞ-də güclü qar fırtınası səbəbindən minlərlə aviareys ləğv edilib.

News24.az xəbər verir ki, Nyu-York bölgəsində yerləşən Con Kennedi adına hava limanı, “LaGuardia” və “Nyuark Liberti International” hava limanlarında ümumilikdə təxminən 1,5 min reys ləğv olunub.

Həmçinin Boston, Filadelfiya və Vaşinqton hava limanlarında da reyslər təxirə salınıb. Ümumilikdə 17 min aviareys gecikib.

Bundan əlavə, ABŞ-nin şimal-şərqində əlverişsiz hava şəraiti səbəbindən ictimai nəqliyyat fəaliyyət göstərmir. Hakimiyyət orqanları səfərlərə məhdudiyyətlər tətbiq edib və vətəndaşlara yollardan uzaq durmaqla bağlı xəbərdarlıq edib. (FlightAware)