Minlərlə miqrant, onlarla ölüm – İspaniya Kralından təcili çağırış

Minlərlə miqrant, onlarla ölüm – İspaniya Kralından təcili çağırış Dünya

İspaniya kralı VI Felipe Afrikanın şimal sahillərində yerləşən Seuta şəhərində baş verən ciddi hadisələr fonunda narahatlığını və qəzəbini ifadə edib.

News24.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, kral dövlətin Seuta və Melilya muxtar şəhərlərinin təhlükəsizliyini təmin etməli, belə hadisələrin təkrarlanmasının qarşısını almalı olduğunu bildirib. O, həmçinin görüləcək tədbirlərin bu şəhərlərin sakinlərinə İspaniyanın qalan hissəsinin dəstəyini nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, iyulun 30-da minlərlə miqrant üzərək və ya Seutanı Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək şəhərə daxil olub. Şəhər rəhbərliyi təxminən 60 min, İspaniya Daxili İşlər Nazirliyi isə 50 min miqrantın Seutaya çatdığını açıqlayıb.

EFE agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, son 30 saat ərzində təxminən 69,5 min nəfər Mərakeşə geri qaytarılıb. Bu rəqəmə kütləvi axından əvvəl şəhərə daxil olanlar və gün ərzində sərhədi bir neçə dəfə keçən şəxslər də daxil ola bilər.

Bundan başqa, Seutaya çatmağa cəhd edərkən azı 67 nəfərin həlak olduğu bildirilir.