Misirdə sərnişin avtobusu aşdı: çox sayda ölən var

Misirdə sərnişin avtobusu aşdı: çox sayda ölən var Dünya

Misirin cənubunda sərnişin avtobusu aşıb.

News24.az xəbər verir ki, nəticədə 22 nəfər ölüb, 28 nəfər yaralanıb.

Avtobus Qahirədən Nuveyba limanına gedirmiş və oradan sərnişinlərin İordaniyaya getməli olduqları bildirilir.

İlkin məlumatlara görə, avtobus hərəkətdə olarkən təkər partlayıb və sürücü idarəetməni itirib.

Xilasetmə əməliyyatları üçün hadisə yerinə iyirmi beş təcili yardım maşını və ağır texnika göndərilib. (Unikal)