“Əməkdaşlığa hazırıq, amma…” – Almaniyadan ABŞ-yə mesaj
Dünya
Almaniya Kansleri Fridrix Merts bildirib ki, Qəzza naminə ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsünə qoşulmağa hazırdır, lakin mövcud formada bu planı qəbul edə bilməz.
News24.az xəbər verir ki, Merts bu barədə Romada İtaliyanın Baş naziri Corcia Meloni ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
“Hazırda Sülh Şurasının qurulduğu formada onun idarəetmə strukturlarını Almaniyada konstitusion səbəblərə görə qəbul edə bilmərik”, – deyə o vurğulayıb.
Bununla belə, Almaniya Kansleri ABŞ ilə əməkdaşlığın başqa – yeni formalarını araşdırmağa hazır olduqlarını bildirib:
“Əgər məqsəd dünyanın müxtəlif regionlarında bizi sülhə yaxınlaşdıracaq yeni formatlar tapmaqdırsa, biz buna açığıq”.
Merts qeyd edib ki, bu cür formatlar yalnız Qəzza və Yaxın Şərqlə məhdudlaşmamalı, eyni zamanda Ukrayna kimi digər münaqişə bölgələrinə də tətbiq oluna bilər.