Məktəblər bağlandı – Yüzlərlə şagird ölkəni tərk etdi
Dünya
İran BƏƏ və Küveytdə fəaliyyət göstərən yeddi İran məktəbinin bağlandığını açıqlayıb.
News24.az xəbər verir ki, həmin məktəblərin şagirdləri distant təhsilə yönləndirilib. İran Təhsil Nazirliyinin sözçüsü Əli Fərhadi bildirib ki, bəzi şagirdlər təhsillərini Omandakı İran məktəblərinin nəzarəti altında davam etdirəcək, digərləri isə birbaşa İran daxilindəki məktəblər vasitəsilə onlayn təhsil alacaqlar.
Fərhadi BƏƏ-nin bu addımını tənqid edərək qeyd edib ki, qərar təxminən 2 500 iranlı şagirdin ölkədən çıxmasına səbəb olub. Onun sözlərinə görə, Omanla aparılan koordinasiya çərçivəsində həmin şagirdlər tədris ilinin sonuna qədər təhsillərini orada davam etdirəcəklər.
Nazirlik rəsmisi əlavə edib ki, hazırda Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bir sıra ölkələrdə fəaliyyət göstərən İran məktəbləri tam onlayn rejimə keçib və tədris ili virtual şəkildə başa çatdırılacaq. (Fararu)