"Mən bu gün eşitdim ki…" – Zelenskidən gözlənilməz açıqlama

"Mən bu gün eşitdim ki…" – Zelenskidən gözlənilməz açıqlama Dünya

Ukrayna Prezidenti jurnalistlərlə söhbətində “Financial Times”ın bugünkü nəşrini şərh edib. Məqalədə iddia olunurdu ki, 24 fevralda – Rusiyanın genişmiqyaslı işğalının ildönümündə – o, yeni prezident seçkilərinin tarixini və sülh sazişi ilə bağlı referendumun keçiriləcəyini elan edəcək.

News24.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

“24-də seçki elan edəcəyim barədə niyyəti ilk dəfə eşidirəm. Yəqin ki, ilk dəfə “Financial Times”dan eşitdim, indi isə bunu ikinci dəfə sizdən eşidirəm. İkincisi, mən seçkilərlə bağlı dəfələrlə demişəm: biz seçkilərə o zaman gedəcəyik ki, bütün müvafiq təhlükəsizlik zəmanətləri təmin olunsun,” – deyə Zelenski bildirib.

“Financial Times” yazırdı ki, Ukraynada seçkilərin tezliklə keçirilməsində – hərbi vəziyyət qüvvədə olduğu və döyüşlər davam etdiyi üçün həm hüquqi, həm də faktiki olaraq mümkün olmayan seçkilərin təşkilində – Tramp administrasiyası israr edir və əks halda ölkəni təhlükəsizlik zəmanətlərindən məhrum etməklə hədələyir.

Nəşr iddia edirdi ki, Zelenski 15 maya qədər seçkilər keçirməyə hazırdır, lakin bir çox müstəqil ekspertlər, hətta döyüşlər dayandırılsa belə, bu müddəti real hesab etməyib.

Bu məlumatı şərh edən Zelenski bildirib ki, Ukrayna seçkilərə hazırdır, lakin 24 fevralda belə bir qərarın elan edilməsi uyğun olmazdı.

“Bu, çox ciddi tarixdir. Müharibənin dörd ili. Dövlətimizi qoruyan, həyatını fəda edən çox sayda insan var. Məhz 24 fevraldan etibarən hər gün ölkələrini müdafiə edirlər”, – o deyib.