"Mən mələyə oxşamıram" – Meloni kilsədəki "bənzəri" haqda danışdı

"Mən mələyə oxşamıram" – Meloni kilsədəki "bənzəri" haqda danışdı Dünya

İtaliyada maraqlı və bir qədər də gülməli qalmaqal yaşanıb.

News24.az xəbər verir ki, Romadakı kilsələrdən birində aparılan bərpa işlərindən sonra freskada təsvir olunan mələyin üzünün ölkənin Baş naziri Corcia Meloniyə bənzədiyi iddia olunub.

Restavrator isə bununla bağlı ittihamları rədd edərək bildirib ki, o, yalnız köhnə eskizlərə əsasən təsviri bərpa edib və obraza heç bir dəyişiklik etməyib.

Vatikan və Roma yeparxiyası məsələ ilə bağlı açıqlama verərək indiyədək belə bir halın baş vermədiyini bildirib və baş verənlərə təəccüblə yanaşdıqlarını qeyd edib.

Bununla belə, İtaliya müxalifəti insidentin araşdırılmasını tələb edib. Onlar bəyan ediblər ki, tarixi incəsənət əsərləri gizli təbliğat alətinə çevrilməməlidir.

Baş nazir Corcia Meloni isə qalmaqala ironik münasibət göstərərək sosial şəbəkələrdə yazıb: “Dəqiq bilirəm ki, mən mələyə oxşamıram”.

"Mən mələyə oxşamıram" – Meloni kilsədəki "bənzəri" haqda danışdı