Moldovada yaşayış evinin damına dron düşdü
Dünya
Moldovada pilotsuz uçuş aparatı fərdi yaşayış evinin damına düşüb.
News24.az xəbər verir ki, hadisə Floreşt rayonunda qeydə alınıb.
Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb edilib. Sakinlər dərhal təxliyə olunub.
Hadisə yerində əməliyyat keçirilir, təhlükənin səviyyəsi – aparatda partlayıcı maddənin olub-olmaması araşdırılır.