Moskvada çoxmərtəbəli bina yanır - Ölənlər var - Vİdeo

Moskvada çoxmərtəbəli bina yanır - Ölənlər var - Vİdeo Dünya

Rusiyanın paytaxtı Moskvada çoxmərtəbəli binada yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb.

Məlumata görə, hadisə baş verən ərazidən 31 nəfər xilas edilib. 7 nəfərin yaralandığı bildirilib.

Binada 200 nəfərin ola biləcəyi qeyd edilib.

Yanğına ən yüksək – beşinci mürəkkəblik dərəcəsi verilib. /Tass/