Moskvada iki tramvay toqquşdu - 25 YARALI
Dünya
Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.
Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.
Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda qəzanın səbəbləri araşdırılır.