Moskvada partlayış: General həlak oldu - Foto

Moskvada partlayış: General həlak oldu - Foto Dünya

Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat Təlimi İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov həlak olub.

News24.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkonun sözlərinə görə, dekabrın 22-si səhər saatlarında paytaxtın cənubundakı Yasenevaya küçəsində avtomobilin altına yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Partlayış zamanı ağır xəsarət alan Sarvarov hadisə yerində həyatını itirib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “ictimai təhlükəli üsulla törədilmiş qətl” və “partlayıcı maddələrin qanunsuz dövriyyəsi” maddələri ilə cinayət işi açılıb.

Moskvada partlayış: General həlak oldu - Foto