Moskvada partlayış oldu: ölən və yaralananlar var – VİDEO
Dünya
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən yay kafesi yaxınlığında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
News24.az xəbər verir ki, bu barədə Moskva şəhəri üzrə Daxili İşlər Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla saat 20:10 radələrində Kudrinskaya meydanı, 1 ünvanının yaxınlığında baş verib. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.
Hadisənin səbəbi hələlik açıqlanmayıb.