Moskvaya daha bir PUA hücumu olub
Dünya
Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatı vurublar.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.
“Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatı məhv edib", - deyə Moskva meri deyib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, tələfat və dağıntı yoxdur.
Sobyanin əlavə edib ki, fövqəladə hallar xidmətinin əməkdaşları təcili hadisə yerinə cəlb olunub.