Moskvaya keçid yolu bağlandı
Dünya
Səhər saatlarında Moskva vilayətinin M-4 Don şossesində nəqliyyatın hərəkətinə təsir edən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, Avtodorun məlumatına görə, hadisə yolun 83-cü kilometrliyində, Moskva vilayətinin Stupino şəhərində baş verib.
Qəzanın baş vermə şəraiti və zərərçəkənlərin olması ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Yol polisi M-4-ün 94-cü kilometrliyində sürücülər üçün Kaşirskoye şossesi boyunca qəza zonasından keçmək üçün çıxış təşkil edilib.
Ağa Dadaşzadə