“Məqsədimiz İranın nüvə potensialını məhv etmək idi”
Dünya
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxış edən ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı və Livan məsələsi ilə bağlı iddialar irəli sürüb.
News24.az xəbər verir ki, administrasiyasının əldə etdiyi kəşfiyyat məlumatlarına toxunan prezident İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu bildirib:
“Biz Livan problemini həll etməliyik, lakin gördüyümüz işlərin yanında bu, nisbətən kiçik bir məsələdir. Əsas məqsədimiz İranın nüvə potensialını məhv etmək idi. Çünki əldə etdiyimiz bütün məlumatlara əsasən, əgər müdaxilə etməsəydik, İranın cəmi bir ay ərzində nüvə silahı olacaqdı. Biz buna imkan verə bilmərik və verməyəcəyik”.
Xatırladaq ki, Sülh Şurası çərçivəsində aparılan müzakirələrdə İranla yeni sazişin bağlanması üçün 10 günlük ultimatum müddəti hələ də qüvvədədir. (Qafqazinfo)