Müğənni Edis saxlanıldı
Dünya
Türkiyəli müğənni Edis Görgülü narkotik istintaqı çərçivəsində saxlanılıb.
News24.az xəbər verir ki, məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən “narkotik maddələrin istehsalı və qaçaqmalçılığı”, “narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsini asanlaşdırma”, “istifadə üçün narkotik maddələrin alınması və saxlanması” və “narkotik istifadəsi” maddələri üzrə araşdırma aparılır.
Haqqında həbs qərarı çıxarılan sənətçi xaricdən qayıdarkən İstanbul Hava Limanında polis əməkdaşları tərəfindən saxlanılıb.
Edis Görgülü daha sonra İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə təhvil verilib. Araşdırmalar davam edir.