"Ən zəif nöqtələrinə fokuslanacaqlar" — İranın iki həftəlik gizli planı - İDDİA

"Ən zəif nöqtələrinə fokuslanacaqlar" — İranın iki həftəlik gizli planı - İDDİA Dünya

Atəşkəs İrana öz hava hücumundan müdafiə (HHM) sistemlərini təkmilləşdirmək üçün vaxt verəcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə irlandiyalı analitik və iqtisadçı Filip Pilkinqton “X” sosial şəbəkəsində bildirib.

“Əgər atəşkəs pozulmasa, hərbi baxımdan bu, İrana qüvvələrini yenidən qruplaşdırmaq üçün vaxt verəcək. Məncə, onlar ən zəif nöqtələrinə, yəni hava hücumundan müdafiəyə fokuslanacaqlar", — deyə o yazıb.

Onun sözlərinə görə, İranın HHM sistemi sınaq və səhv üsulu ilə təkmilləşdirilir və iki həftəlik hücumsuz dövr ciddi nəticələr verə bilər.